USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

EBRD Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırıb

13.11.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycandan müdir Şahin Mustafayev ölkədə səfərdə olan Bankın vitse-prezidenti xanım Betsi Nelson ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duratenin də iştirak etdiyi görüşdə tərəflər arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkədə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri Bank rəsmisinin diqqətinə çatdırılıb, EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Matteo Patron Azərbaycan tərəfinə təqdim edilib.

İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilən islahatlar, eləcə də bu ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəricilər barədə məlumat verib. Ş. Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, Bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb.

O, qeyd edib ki, EBRD-nin maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb. Azərbaycan və EBRD-nin əməkdaşlıq etdiyi mühüm layihələrdən olan TANAP layihəsi Avropanın enerji təminatında önəmli olacaq. EBRD ilə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir nazir Azərbaycanın bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib, Bankla özəl sektor arasında əlaqələrin inkişafının, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əlaqələrin qurulmasının EBRD ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını diqqətə çatdırıb.

B.Nelson Bankın ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların təqdirəlayiq olduğunu vurğulayıb. O, EBRD-nin ölkədə eeallaşdırılan layihələrin maliyyələşdirilməsini davam etdirəcəyini, özəl sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

  • Əvvəlki

    Azərbaycanda 2019 - cu il büdcəsi müzakirəyə çıxarılır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0