USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Abel Məhərrəmovun milyonluq mülkləri: villalar, şadlıq sarayı... - SİYAHI

20.11.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.

Binəqədidə Varovski deyilən ərazidə iki villası;

Quba rayonunda – 1 villası;

Xızı rayonunda – 1 villası;

Nabranda – 1 villası;

Şüvəlan qəsəbəsində – 1 villası;

Mərdəkan qəsəbəsində – 1 villası;

Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;

Nərimanov rayonunda yerləşən – "Monaliza" şadlıq sarayı;

8 mikrorayonda restoranı.

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

unikal

  • Əvvəlki

    Gəncədəki partlayışda ölən və yaralananların adları - SİYAHI

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0