USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Novruz Məmmədovdan Gömrüklə bağlı YENİ QƏRAR - 1,5 litr spirtli içki, 200 ədəd siqaret

27.11.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə qərar Azərbaycanın Baş naziri Novruz Məmmədov tərəfindən imzalanıb.
Qərara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.