USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrükdə külli miqdarda narkotik vasitə aşkar edilib

03.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib.

"Kommersant.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Komitədən verilən məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlmada qablaşdırılan, xalis çəkisi 4,995 kq olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  • Əvvəlki

    “Plan verdikləri üçün vətəndaşları 30 qəpik kimi görürlər” - BNA sədri

Digər xəbərlər