USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat həkimlərin, müəllimlərin maaşına yenidən baxılsın deyir

15.05.2018 İqtisadiyyat
0 0
“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollardan yuxarıdır. Ona görə də may ayında dövlət büdcəsinə yenidən baxılmalıdır”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ölkə başçısının göstərişi əsasında Strateji Yol Xəritəsindən irəli gələn məsələlərlə bağlı Azərbaycanda çox ciddi işlər görülür.

"Ona görə də investisiya qoyulan sahələr nəzərdən keçirilməlidir. Hesab edirəm ki, dövlət büdcəsində həkimlərin, müəllimlərin əmək haqlarına yenidən baxılsın. Həmçinin Azərbaycanda prioritet sahələr olan kənd təsərrüfatı, turizm sahələrinə əlavə vəsait ayrılmalıdır ki, investisiya layihələri həyata keçirilsin. Bizim qonşu dövlətlərlə birgə layihələrimiz var ki,onlara da vəsait ayrılmalıdır ki, problem olmasın. Sənaye sahəsini də inkişaf etdirmək üçün əlavə maliyyəyə ehtiyac var".

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000 min manat, xərcləri 21 047 000 min manat məbləğində təsdiqlənib.

  • Əvvəlki

    “İpoteka almaq asanlaşdı, amma faizlər yüksəkdir”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0