USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəblərdə yekun qiymətləndirmə qaydaları açıqlandı

04.01.2019 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib.

"Kommersant.az" xəbər verir ki, konfransda Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev yekun qiymətləndirməylə bağlı məsələyə münasibət bildirib: "Bu məsələlərtexniki xarakter daşısa da, çox vaxt problemlə rastlaşırdıq. Ona görə də qaydalarda daha dəqiqliyi ilə əksini tapdı. Əvvəl şagirdin ilk yarımil qiyməti 3, ikinci yarımil qiyməti isə 4 olurdusa, məktəb bunları toplayıb 2-ə bölüb yuvarlaqlaşdırır, qiyməti bu yolla yazırdı.

İndi isə şagird summativ qiymətləndirmədə bal toplayır. Qiyməti isə bala uyğun alır. Yəni, həm bal, həm d qiyməti burada əks olunacaq. Yekun qiymətləndirməyə görə ilk və ikinci yarımilin balı toplanıb 2-yə bölünəcək. Buna uyğun qiymət çıxarılacaq. Bu, əvvəlki illə müqayisədə daha ədalətli sistem olacaq".

  • Əvvəlki

    Azərbaycanın fındıq ixracı azalıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0