USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının Xətai prospektində hərəkət qismən məhdudlaşdırılır

18.05.2018 İqtisadiyyat
0 0
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakının Xətai prospektində piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

"Kommersant.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün sözügedən hissədə saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    “AŞPA-nın sanksiyasına məruz qalmağımdan şərəf duyuram”

Digər xəbərlər