USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyükşor gölünün bərpasının layihələndirmə işləri iyulda yekunlaşacaq

01.06.2018 İqtisadiyyat
0 0
Böyükşor gölünün bərpası layihəsinin II mərhələsinin layihələndirmə işlərinin iyul ayında yekunlaşması gözlənilir.

"Kommersant.Az" xəbər verir ki, bunu "Təmiz Şəhər " ASC -nin İdarə Heyətinin sədri Etibar Abbasov iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə bir qrup iqtisadçı ekspertlər və jurnalistlərin "Təmiz Şəhər " ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanışılığı məqsədilə təşkil olunan görüşdə bildirib.

Olimpiya stadionun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə məlumat verən "Təmiz Şəhər " ASC -nin İdarə Heyətinin sədri qeyd edib ki, gölün bərpası layihəsinin 1- ci mərhələsində 300 hektar ərazi təmizlənib:"15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Layihə üzrə 2- ci mərhələnin layihələndirmə işlərinin iyul ayında yekunlaşması gözlənilir".

Daha sonra Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda hazırkı vəziyyətlə tanışlıq olub.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda bildirilib ki, zavodda il ərzində 500 min ton bərk məişət, 10 min tibbi tullantını utilizasiyası etmək mümkündür.

İqtisadçı ekspert Vüqar Bayramov tədbir çərçivəsində jurnalistlərə Azərbaycanda salınan sənaye məhəllələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ekspert Balaxanı Sənaye Parkında təkrar emalı vacibliyinə toxunub:"Bu idxalın azalmasına, həmçinin ixracın artmasına əhəmiyyətli təsir edir. Bundan başqa, sənaye parkları yeni iş yerlərinin yaradılmasına şərait yaradır".

  • Əvvəlki

    Bank VTB Azərbaycan ağacəkmə aksiyasını keçirib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0