USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsu": Ölkədə su təchizatı ilə bağlı vəziyyət sabitdir

04.07.2018 İqtisadiyyat
0 0
"Hazırda Azərbaycanda su təchizatı ilə bağlı vəziyyət sabitdir. Kür çayından, Ceyranbatan su anbarından, Oğuz-Qəbələ su kəmərindən tam həcmdə su gəlir".

"Kommersant" xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından paytaxta suyun verilişi təmin edilib: "Yasamal, Nərimanov, Səbail, Nəsimi, Suraxanı, Sabunçu rayonlarından suyun verilişini bərpa etmişik. Ancaq ola bilər ki, təzyiq aşağı olsun. Günün ikinci yarısında tam sabitlik əldə ediləcək. Rejimə tam çıxmağı isə sabaha planlaşdırırıq. Bu gün suyun təchizatı dünənlə müqayisədə yaxşıdır. Ehtiyalarımızı görürük ki, Yeni Günəşli, Köhnə Günəşli qəsəbələrinin, Binəqədi rayonunun su almayan ərazilərini təmin edək".