USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəmizdə malyariya xəstəliyinin aradan qaldırılmasına nail olunub

14.07.2018 İqtisadiyyat
0 0
Malyariya əsasən yay fəslində ağcaqanadların dişləməsi ilə ötürülən keçici xəstəlikdir. Ağcaqanad sancması nəticəsində parazit sağlam insanın qanına keçir və yoluxma baş verir. Həmin ağcaqanadlara əsasən aran rayonlarında təsadüf edilir. Malyariyanın əlamətləri sırasına yüksək qızdırma, üşütmə, baş və əzələ ağrıları və yorğunluq daxildir. Eyni zamanda, ürək bulanması, qusma və ishal da müşahidə oluna bilər.

"Kommersant" AZƏRTACa istinadən xəbər verir ki, ölkəmizdə malyariya xəstəliyinə yoluxma halları azalıb. Respublika Gigiy ena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədovun verdiyi məlumata görə, müxtəlif illərdə malyariyaya yoluxma faktı qeydiyyata alınsa da, hazırda ölkəmizdə həmin xəstəliklə üzləşmə halları yoxdur.
Şöbə müdiri deyib: "Xəstəliyin ən pik dövrü ötən əsrin 90-cı illərinin ortaları olub. 1992-1993-cü illərdə xəstəliyə cəmi 25 nəfər yoluxmuşdusa, 1994-cü ildə 667 nəfərdə aşkar edilib. 1996-cı ildə isə 13 min 135 xəstə malyariyaya yoluxub. Sonuncu dəfə xəstəliyə 2012-ci ildə rast gəlinib. Bundan iki il sonra 2 nəfər bizim ölkə üçün xarakterik olmayan tropik malyariyaya tutulub. Aparılan tədbirlər nəticəsində hazırda ölkəmizdə malyariyanın aradan qaldırılmasına nail olunub".

  • Əvvəlki

    Sakinlərin bir ayda nə qədər pul xərclədikləri məlum olub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0