USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dərman qiymətlərilə bağlı - RƏSMİ AÇIQLAMA

31.07.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

"Kommersant.az" xəbər verir ki, Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Bəs görəsən 100-dən artıq dərman vasitəsinin qiymətinin təsdiq edilməsi qiymət artımına dəlalət edirmi?

Məsələ ilə bağlı "Kommersant.az"a açıqlama verən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, qiymət artımı dərmanlara şamil edilməyib:

"Yalnız metro və avtobusda gediş haqları qaldırılıb".