USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vəzifəli şəxslər 4500 manat məbləğində cərimələnəcək - SƏBƏB

08.08.2018 İqtisadiyyat
0 0
"Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) obyekt sahiblərinə etdiyi xəbərdarlığın müddəti artıq başa çatıb".

"Kommersant.az" xəbər verir ki, bu sözləri açıqlamasında ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb: "Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar müraciət edəcək".

İ.İbrahimova xatırladıb ki, İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslərin 3500-4500, hüquqi şəxslərin 20000-25000 manat məbləğində cərimə oluması nəzərdə tutulur.

(c) Report

  • Əvvəlki

    Facebook yenilik etmək istəsə də, banklar razı olmur

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0