USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir nəfər ərzağa aylıq nə qədər pul xərcləyir?

16.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyul aylarında bir istehlakçının əmtəə və ödənişli xidmətləri üzrə xərci orta hesabla ayda 372,1 manat olub.

"Kommersant.az"ın Oxu.az-a istinadla məlumatına görə, əhalinin bu yöndə xərcləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,0 manat artıb. Beləliklə, bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 292,7 manatlıq əmtəə alıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 manat çoxdur. O ki qaldı xərclərin strukturuna, ölkənin hər bir vətəndaşı aylıq ərzaq məhsulları, içki və tütün məmulatlarının alınmasına 146,1 manat , qeyri-ərzaq məhsullarının alınmasına isə 146,6 manat sərf edib. Ümumilikdə pərakəndə ticarət obyektlərində ərzağın alınmasına 10 milyard 021,1 milyon manat, qeyri-ərzaq məhsullarına isə 10 milyard 061,2 milyon manat yönəldilib. Dövriyyə 2017-ci ilin yanvar-iyul aylarına nisbətən 2,6 faiz artaraq, 20,1 milyard manat olub. Rəqəmlərin təhlili göstərir ki, pərakəndə ticarət obyektlərində cari ildə qeyri-ərzaq məhsullarının dövriyyəsi faiz nisbəti ilə ərzaq məhsullarının dövriyyəsini üstələyib. Müvafiq olaraq bu rəqəm 3,2 və 1,9 faiz təşkil edib.

  • Əvvəlki

    Nazirlik pensiyaçıları sevindirdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0