USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİM: İyulun 12-də elan edilmiş müsabiqə üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

16.08.2018 İqtisadiyyat
0 0
2018-ci il iyulun 12-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Kommersant.az"a bildiriblər ki, elan üzrə səkkiz dövlət orqanındakı B növü inzibati dövlət qulluğu vəzifələrinə aid 58 vakant vəzifə müsahibəyə çıxarılıb və yalnız Şəki Apellyasiya Məhkəməsində olan 16 vakant vəzifəyə namizədlər tərəfindən müraciət edilməyib. Elana çıxarılan vəzifələr üzrə ümumilikdə 280 namizəd qeydiyyatdan keçib və həmin namizədlərlə 452 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Şəki regional "ASAN xidmət" mərkəzində böyük məsləhətçi (1 vakant yer üzrə 68 namizəd), İmişli regional "ASAN xidmət" mərkəzində böyük məsləhətçi (1 vakant yer üzrə 51 namizəd), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində aparıcı məsləhətçi (1 vakant yer üzrə 43 namizəd) vəzifələri olub.
Müsahibələrin avqustun 27-dən sentyabrın 21-dək keçirilməsi planlaşdırılır.