USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət qulluğuna imtahanlar başlayıb

18.08.2018 İqtisadiyyat
0 0
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

"Kommersant.az" DİM-in mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Report

  • Əvvəlki

    Bənövşəyi xətt niyə gecikir? - AÇILIŞ 2 İL DƏ GECİKİR

Digər xəbərlər