USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qurban bayramı vətəndaşlara neçəyə başa gələcək - VİDEO-REPORTAJ

21.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib.

"Kommersant.az" bayram öncəsi qurbanlıq heyvanların qiyməti və bazarın ümumi vəziyyətini öyrənmək üçün Bakının Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində ("Qarabağ" mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) yerləşən ət-kəsim məntəqəsinə baş çəkib.

Satıcılar qurbanlıq heyvanların əsasən Ağcabədi və Beyləqandan gətirildiyini bildirdilər. Məntəqədə 20-25 kiloluq qoyunların qiyməti 150-300 manat arasında dəyişir. 11-12 kiloluq əti olan quzuların diri çəkisi isə 6 manata təklif edilir. Satıcıların sözlərinə görə, qoyunların qiymətində ötən illərlə müqayisədə artım var. Satıcılar eyni zamanda alıcı qıtlığından da gileyləndilər.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə 21-23 avqust tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. Yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması gözlənilir.

Daha ətraflı video-reportajda:

  • Əvvəlki

    Türkiyə xarici borcu ilə çempiondur

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0