USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərnişinlərin “Bakubus” avtobuslarında itirdiyi əşyalar geri qaytarılıb

05.09.2018 İqtisadiyyat
0 0
Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd kompüter avadanlığı və bir dəst paltar sahibinə qaytarılıb.

Bakı Nəqliyyat Agentliyindən "Kommersant.az"a bildirilib ki, həmçinin sahiblərinə çatdırılması üçün 70 sənəd, plastik kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə "Poçtap" xidmətinə təhvil verilib.
Eyni zamanda, avqustda avtobuslarda tapılan Azər Xanbaba oğlu Həsənli və Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqələri, Fuad Gülağa oğlu Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda "BakuBus" MMC-dədir. Həmçinin içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə də sahibləri məlum olmayan əşyalar "BakuBus" MMC-də saxlanılır. Vətəndaşlar "BakuBus" MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilər.

  • Əvvəlki

    "Amazon"un bazar dəyəri artaraq 1 trilyon dallara yüksəldi

Digər xəbərlər