USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ASAN xidmət” könüllülərinin iştirakı ilə Heydər Əliyev mərkəzlərində tədbirlər keçirilir

06.09.2018 İqtisadiyyat
0 0
Regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində “ASAN xidmət” könüllülərinin iştirakı ilə tədbirlərin təşkil olunması ilə bağlı hazırlanan Tədbirlər Planının bu ilin iyunundan icrasına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Kommersant.az"a bildiriblər ki, bu tədbirlər ulu öndər Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə təşkil edilir.
Mərkəzlərdə avqustda ümumilikdə 32 tədbir keçirilib. Bu fəaliyyətlərdə 600-ə yaxın gənc iştirak edib. Belə ki, Bərdə rayon Heydər Əliyev Mərkəzində 6, Sabirabad rayon Heydər Əliyev Mərkəzində 9, Quba rayon Heydər Əliyev Mərkəzində 6, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 5, Qəbələ rayon Heydər Əliyev Mərkəzində 6 tədbir təşkil olunub.
Tədbirlər dövlətçilik, vətənpərvərlik, şəxsi inkişaf, mədəniyyət, sosial, təhsil və ekologiya istiqamətləri üzrə təlim, seminar, yarış və müzakirələr formatında keçirilir.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0