USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının Yusif Səfərov küçəsində xətlənmə işləri aparılacaq

09.09.2018 İqtisadiyyat
0 0
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək olan istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.
Məlumata görə, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən hissədə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Digər xəbərlər