USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ümumvətəndaş pasportu ilə təmin olunması üçün 9 şəhərdə regional şöbə fəaliyyət göstərir

16.09.2018 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.

DİN-dən "Kommersant.az"a bildiriblər ki, bütün ölkəni əhatə edərək vətəndaşların ümumvətəndaş pasportu ilə təmin olunmasını asanlaşdırmaq üçün 9 şəhərdə regional şöbə fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən daimi mərkəzlərlə yanaşı, hər bir şöbə tərəfindən ətraf rayon və kəndləri əhatə edən səyyar xidmətlər təşkil olunur.
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay regional mərkəzində də sənədlərin qəbulu həftənin bütün günləri həyata keçirilir. Yerli sakinlərlə yanaşı Zərdab, Kürdəmir, Ağdaş rayonlarına səyyar xidmətlər təşkil edilir, vətəndaşların pasport ilə təmin olunması işi şəffaflıq, aşkarlıq prinsipləri əsasında aparılır. Regional mərkəz tərəfindən cari il ərzində ümumilikdə 8 minə yaxın sənəd qəbul edilib.
Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun müddətdə (1,5 və ya 10 iş gününə ) hazırlanır və vətəndaşa təqdim olunur. Pasport üçün fotolar idarədə, eləcə də səyyar xidmət zamanı xüsusi biometrik standartlara uyğun şəkildə, ödənişsiz çəkilir. Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır, polis əməkdaşları onların yaşadıqları ünvana gedir, müvafiq sənədlər toplanılır və pasport hazır olduqdan sonra onlara təqdim olunur. Göstərilən xidmətdən vətəndaşlar da məmnun qalır, əlavə xərc çəkmədən öz rayonlarında sənədlərini asanlıqla ala bildikləri üçün öz minnətdarlıqlarını bildirirlər.

  • Əvvəlki

    Prezident: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb"

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0