USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Quş ovuna görə 117 min manat - CƏRİMƏ

15.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117 min 698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Hazırda reydlər davam etdirilir.