USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qidamız daha sağlam olacaq

19.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyindəki "Analitik Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

"Kommersant.az" xəbər verir ki, Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi’" MMC-nin direktoru Murad Süleymanov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev bildirib ki, anlaşma memorondumunun imzalanmasında əsas məqsəd qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrinin və hüquqlarının həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və "Analitik Ekspertiza Mərkəzi" MMC-nin direktoru Murad Süleymanov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

  • Əvvəlki

    İstirahət günlərində səyahətə çıxanlara - XƏBƏRDARLIQ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0