Azərbaycan Respublikası Prezidentin bu gün imzaladığı müvafiq Sərəncamlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə 2 nazir müavini təyin olunub, 1 nazir müavini vəzifəsindən azad edilib.
"Kommersant.az" Sərəncamların tam mətnlərini Azərtaca istinadən təqdim edir:
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il."
* * *
V.Z.Nəsirlinin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il."
* * *
N.N.Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilsin.