USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur şirkətin məhsulları yoxlamaya alındı - Azərbaycanda

13.11.2018 İqtisadiyyat
0 0
“Azərbaycan mütəxəssisləri dünyaca məşhur qənnadı şirkətinin məhsullarını ekspertizadan keçirməyə başlayıblar”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, dünyada qənnadı məhsulları istehsalı ilə məşğul olan məşhur "Ferrero rocher" şirkətinin eskpertləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi monitorinqlər həyata keçiriblər: "Belə qənaətə gəliblər ki, bölgədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları həm beynəlxalq standartlara, həm təchizatına, həm də işçi potenisialına görə fərqlənir və normalara cavab verir".

Agentliyin sədri vurğulayıb ki, həmin şirkət rəsmi şəkildə Azərbaycana dövlətinə müraciət edib: "Onlar istəyir ki, bölgədə istehsal etdikləri məhsulların ekspertizası məhz Azərbaycanda keçirilsin. Artıq bir aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun laboratoriyaları həmin şirkətin Gürcüstanda olan plantasiyalarında istehsal etdikləri məhsulları ekspertizadan keçirir. Bizim mütəxəssislərin yoxlamadam keçirdiyi həmin məhsullar da məhz Avropaya ixrac olunur".

Qeyd edək ki, "Ferrero rocher" şirkəti "Raffaello", "Nutella", "Tic-tac", "Kinder chocolate", "Kinder surprise" qənnadı məhsullarının istehsalı ilə məşğuldur.

  • Əvvəlki

    Rubl, dollar və avronun manata qarşı məzənnələri

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0