USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda hakimlərin sayı azdır

16.11.2018 İqtisadiyyat
0 0
Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanda hakimlərin sayı azdır. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən KİV rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, hazırda Azərbaycanda 540-550 hakim var: "Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir".

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 919 işə baxılıb:

"Bunlardan 357 min mülki, 5000 iqtisadi, 27 min inzibati işlərdir. Ümumilikdə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 580 işə baxılıb. 500 hakimin bu qədər işə baxması isə çətindir".