USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nərgiz Paşayeva BDU-nun yeni rektoru...

16.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Abel Məhərrəmovun işdən çıxarılması böyük səs-küyə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.

ELƏCƏDƏ BAX: Abel Məhərrəmova görə Prorektorlar BDU-dan gedir

Bununla bağlı açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə BDU - ya təyinat olacaq: "Mən Bakı Dövlət Universitetinin rektor vəzifəsinə real namizəd kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU -da prorektor kimi çalışıb, hazırda BDU - da kafedra müdiridir. Eyni zamanda Nərgiz Paşayevanın rəhbəri olduğu Moskva Dövlət Universitetinin Bakı filialı kifayət qədər böyük işlər görüb, müsbət imic formalaşdırıb. İkinci namizəd kimi Azərbaycan Universitetinin eks rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb. 3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda Elmar müəllim BANM-a rəhbərliyi dövründə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə, onun beynəlxalq imicini formalaşdıra bilib. Mən daha çox bu namizədlərin üzərində dayanıram".

ELƏCƏDƏ BAX: Mikayıl Cabbarov Affa-ya prezident gedir - Rövnəq Abdullayev vəzifəsindən azad olunacaq

Kamran Əsədov BDU-nun eks rektoru Abel Məhərrəmovun fəaliyyətindən də bəhs edib:

"Bakı Dövlət Universiteti mənim üçün doğma, müqəddəs məbəddir. BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Təkcə onun adı hər şeyi deyir. Onun adı gələndə insanlarda bir güvən, bir xoş təəssürat yaradır. Əlbəttə ki, heç kim vəzifədə əbədi deyil. Təyin olunan bir gün vəzifəsindən azad edilir. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İnfrastruktur layihələri həyata keçirilməsini təmin edib. Amma təbii ki, çatışmazlıqlar var idi. Amma BDU adi bir universitet deyil ki, burda nəsə problemsiz olsun. Nəzərə alsaq ki, BDU - da 24 min tələbə, 7 min müəllim, 3 mindən çox texniki işçi çalışırdı, böyük bir insan kütləsinin burda cəmləşdiyini görə bilərik".

Big.az