USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu nazirliklər birləşdirilə bilər

20.11.2018 İqtisadiyyat
0 0
Hökumətdəki mənbələrdən daxil olan məlumata əsasən bu nazirliklərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.

"Kommersant.az" xəbər verir ki, Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib. Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, təkcə bu 2 qurumun birləşdirilməsi ilə söhbət bitmir: "Söhbət dövlət vergi yığımlarının vahid bir strukturda cəmlənməsindən və bundan doğan struktur islahatından gedir. Gömrük xidməti ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin bir hissəsi, konkret desək, məcburi sığorta ödənişlərinin yığılması funksiyasının Vergilər Nazirliyinin idarəetməsinə verilməsi planlaşdırılır".

Mənbənin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun başqa bir səlahiyyəti - pensiyaların təyin edilməsi və paylanması funksiyasının isə Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur: "Yəni konkret olaraq fondun ləğvindən və səlahiyyətlərinin Vergilər və Maliyyə nazirlikləri arasında bölüşdürülməsindən söhbət gedir. Bununla da büdcə daxilolmalarının yığılması ilə yalnız Vergilər Nazirliyi, büdcə vəsaitlərinin bölüşdürülməsinə isə yalnız Maliyyə Nazirliyi məşğul olacaq".

İstiqlal.az