USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

KİV: Ronaldo "Yuventus"a keçməyə razı olub

04.07.2018 İdman
1 0
Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandasını tərk edir.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İtaliyanın "Yuventus" klubunda çıxış edəcək. Bildirilir ki, təcrübəli oyunçu artıq Turin təmsilçisinin düşərgəsinə getmək üçün razılığa gəlib. Ronaldo Turin şəhərində mənzil axtarır. Futbolçunun ailəsi də tez bir zamanda İtaliyaya getmək niyyətindədir.

Qeyd edək ki, Ronaldonun "Real Madrid" klubu ilə 2021-ci ilə kimi müqaviləsi mövcuddur. Lakin o, klubla yeni müqavilə şərtlərini razılaşdıra bilmədiyinə görə komandanı tərk etmək istəyir. Hücumçu 2009-cu ildən Madrid təmsilçisində çıxış edir.