USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan meyvə-tərəvəz ixracını 22% artırıb

16.05.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 111 mln. 131,18 min ABŞ dolları dəyərində 104 min 311,18 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə "Kommersant.Az" Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 19 min 575,07 ton və ya 21,67% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 23 mln. 840,24 min dollar və ya 27,31% çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 87 mln. 290,94 min dollar dəyərində 85 min 736,11 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 1,97%-ni təşkil edib.

  • Əvvəlki

    Türkiyədə dolların məzənnəsi tarixi rekordunu yeniləyib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0