USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox maaş hansı sektordadır - STATİSTİKA

18.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3 min 160,9 manat, qeyri-neft sektorunda 481,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 425,4 manat, özəl müəssisələrdə isə 699,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.