2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 23 milyard manata bərabər olub.
"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 11532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11434,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2% və 3,2% üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Məhsul qruplarının adları
Satışdan gəlir, milyon manatla
2017-ci ilin yanvar- avqust aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi
22 966,4
102,7
o cümlədən:
ərzaq məhsulları
10 546,5
102,4
içkilər və tütün məmulatları
985,9
101,1
toxuculuq məhsulları, geyim və ayaqqabılar
4 154,4
103,3
elektrik malları və mebellər
1 422,6
102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları
166,0
102,0
əczaçılıq və tibbi mallar
307,7
102,5
avtomobil yanacağı
1 312,2
101,8
digər qeyri-ərzaq məhsulları
4 071,1
103,6
Hesabat dövründə alıcıların son istehlak məqsədi ilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6%-i ticarət müəssisələri, 50,7%-i fərdi sahibkarlar tərəfindən, 32,7%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.