USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə əmək haqqı qaldırılacaq - NAZİRDƏN AÇIQLAMA

08.11.2018 İqtisadiyyat
0 0
Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə çıxışı zamanı deyib. Cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır.

"Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir", - deyən İ.İsayev bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir:

"65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlılığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır.

Növbəti ildə məşğul əhalinin sayının beş milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artaraq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq 642 manat təşkil edəcək. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur".

  • Əvvəlki

    İnstaqramın işində problem yarandı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0