USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə elektrik və istilik enerjisinin sərfiyyatı artıb

19.11.2018 İqtisadiyyat
0 0
Dövlət Statistika Komitəsi hesab at yayıb.

"Kommersant.az" xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 603,2 mln. kVt saat elektrik və 225,2 min Qkal istilik enerjisindən, 100,3 mln. kubmetr təbii qazdan istifadə edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 3,8%, istilik enerjisindən 33,2% çox istifadə edilib, təbii qazdan istifadə isə 5,6% azalıb.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların istifadə etdiyi elektik enerjisinin dəyəri 144,2 mln. manat, istilik enerjisinin dəyəri 6 mln. manat, təbii qazın dəyəri isə 20 mln. manat təşkil edib.