USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təmir və tikinti işləri ilə bağlı - TENDER

02.10.2018 Tender
0 0
Azərbaycan Sənaye Korporasiyası tender elan edib.

"Kommersant.az" tender şərtlərini təqdim edir:

lot 1 - Bakı, Yasamal rayonu, məhəllə 1033, Tbilisi prospekti 33 ünvanında yerləşən ofis binasının təmiri və tikinti işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Cəfər Cabbarlı 40C (AZ1065) (Əlaqələndirici şəxs :Fəxri Məmmədov, telefon :(012) 505-95-14 (124)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 1000 manat

Hesab: AZ31IBAZ38060019446065857204
VÖEN 1305305281
Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəz filialıÂ
Kodu: 805722
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 3 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər: İddiaçının tam adı, hüquqi və faktiki ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti), qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri. İddiaçıların ixtisas göstəricilərinə dair məlumat. QEYD: Satınalma müqaviləsi ilə əlaqədar verqi və rüsum qüzəştləri nəzərdə tutulmur. İddiaçının tender təklifindəki qiymət işlərin (malların və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, vergi, sığorta və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-12 17:00qədər Bakı, Cəfər Cabbarlı 40C (AZ1065) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-11-13 11:00 tarixində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 40C ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

  • Əvvəlki

    Bu şəxslər kredit borcuna görə həbs olunacaqlar - EKSPERT ŞƏRHİ

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21