USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib - SƏDR

27.12.2018 İqtisadiyyat
0 0
"Bu gün qəbirstanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər. Özü də bu telefonların hamısı qiyməti 1 000 ABŞ dollarından çoxdur”.

"Kommersant.az"-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, artıq bu faktlarla bağlı istintaq gedir, cinayət işləri başlanılıb: "Bu gün bizim problemimiz "qurunun onuna yaş da yanar" dediyimiz məsələdir. Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bizim üçün bu riskdir". S.Mehdiyev onu da bildirib ki, ölkəyə mal idxalı ilə məşğul olan "Comex" şirkəti Komitəyə elektron qaydada müraciət edib: "Biz malları qaytarmaq üçün 2 gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı 4 gömrük işçisi haqqında cinaəyt işi başlanılıb. "Comex" şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır. Elektron ticarət sivil ticarətdir və bunu etmək lazımdır. Amma bu, o demək deyil ki, vergi rüsümunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsümlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq".

Bundan başqa, DGK sədrinin sözlərinə görə, Azərbaycanın daxili bazarına hələ də, qaçaqmalçılıq yolu ilə mal çıxarılır: "Kölgə iqtisadiyyatı budur. Bu gün mobil telefon mağazaları Komitəyə minnətdarlıq, təşəkkür məktubları yazırlar. Çünki kontrafakt malların poçt xidmətləri ilə, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb. Bu qanundursa, biz qanuna əməl etməliyik. Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib. Əgər kiməsə 1 001 dollarlıq mal alıbsa, mütləq onun vergisini ödəməlidir".

  • Əvvəlki

    Bayram günlərində hava necə olacaq?

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0