USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir

24.07.2018 İqtisadiyyat
0 0
Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb.

"Kommersant" xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, ilk "üçlüy"ə həmçinin Minsk və Almatı daxildir.

Azərbaycan paytaxtı həmçinin həftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytinqində də birinci olub.

Ən ucuz yay turları Kişinyov və Bişkekdədir.

Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0