USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Plastik əməliyyat üçün Azərbaycana gəlirlər" - VİDEO-MÜSAHİBƏ

31.08.2018 İqtisadiyyat
0 0
Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən bir sektora çevrilib.

"Kommersant.az" xəbər verir ki, müalicə və tətil məqsədilə şəhərlərarsı və ölkələrarası reallaşan səyahətlər sağlamlıq turizmi adlanır. Azərbaycanda isə sağlamlıq turizmi yeni istiqamət kimi inkişaf etməkdədir. Yeni sahənin isə əlbəttə ki, inkişafla bağlı bir sıra problemləri mövcuddur.

"Turizmi mövsümi xarakter daşımaqdan çıxarmaq lazımdır".

Bunu "Kommersant.az"a video-müsahibəsində Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti (Global Helathcare Travel Council -GHTC) Ruslan Quliyev deyib. Onun sözlərinə görə, əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanda turizm günlərinin sayının artırılmasıdır:

"Bu baxımdan 365 günə bölünən sağlamlıq turizmi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda digər növlərdən fərqli olaraq (dəniz istirahəti və s.) gecələmə sayı minimal olaraq 12-14, 18-21 gün təşkil edir. Bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir".

Sağlamlıq turizmi resurslarına malik mərkəzlərdən danışan müsahibimiz bildirib ki, 2017-ci ilin 27 fevralında İordaniyanın paytaxtı Amman şəhərində qəbul edilən deklorasiyaya əsasən, (Qlobal Sağlamlıq Turizm Şurasının Baş Assambleyasının Yığıncağı) Sağlamlıq Turizminin 8 alt seqmenti müəyyən edilib: Tibbi, Dental, Spa, Sağlamlıq, Kulinariya (sağlam qida), İdman, Əlçatan (sosial turizm), Yaş qrupu turizmi.

R.Quliyev eyni zamanda vurğulayıb ki, son statistikaya əsasən, 70-dən artıq ölkədən Naftalan, Qalaaltı, Duzdağ istiqamətində turist axını müşahidə edilir. Siyahıya isə Rusiya, Qazaxıstan, Özbəkistan, ABŞ başçılıq edir. Müsahibimiz bildirib ki, turizm hər kəs tərəfindən əlçatan (sosial turizm) olmalıdır. O, sağlamlıq turizmi mərkəzləri istiqamətində fəaliyyət göstərən mehmanxanalardakı qiymətlərdən də danışıb. Turizm ekskursiya bürolarının isə turist axınına şərait yaratdığını bildirib. R.Quliyev vurğulayıb ki, Azərbaycana plastik əməliyyatlara, ürək əməliyyatlarına, diş müalicəsi ilə bağlı xarici ölkələrdən gələnlər var:

"Əsas hədəflərdən biri 2020-ci ilə qədər hotellərin yataq yerlərinin sayını 100 minə çatdırmaqdır. Azərbaycan kimi ekosistemi zəngin olan ölkədə kənd turizmini inkişaf etdirmək üçün ən azından 5 il müddətində kənd icmaları vergidən azad olunmalıdır. Vahid turizm reyestrinin yaradılmasına böyük ehtiyac var. Hədəflərə doğru işlərin hələ ki, 30-35%-i görülüb".

Ətraflı video-müsahibədə:

  • Əvvəlki

    Ən ucuz dollar satan bank hansıdır? - SİYAHI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0