USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarixin ən məşhur gəmiləri ilə qəzaya düşdü, sağ qaldı

17.11.2018 İqtisadiyyat
0 0
Tarixin ən məşhur üç gəmisi "Olympic", "Titanic" və "Britannic" olub.

"Kommersant.az" xəbər verir ki, gəmilər "White Star Line" şirkəti tərəfindən istifadə edilib. "Olympic" qəzaya düşüb. "Titanic" və "Britannic" isə batıb.

Bu üç gəmidən sağ qalan bir qadın var: Violet Cessop. Cessopun həyat hekayəsini oxuculara təqdim edirik.

Cessop 1887-ci ildə anadan olub. Əslən irlandiyalı olan Cessop Argentinada anadan olub. O, Uillam və Katerina cütlüyünün 9 övladından biridir. Cessop ailəsi Uilyam dünyasını dəyişdikdən sonra Britaniyaya qayıdıb. Violet burada gəmilərin birində işləməyə başladı.

1911-ci ilin 20 sentyabr tarixində o dövrün ən lüks gəmisi olan "Olympic"də işləyən Cessop bir az sonra gəminin "HMS Hawke" hərbi gəmi ilə toqquşacağından xəbərsiz idi və sərnişinlərə qulluq edirdi. Böyük bir hissəsi su ilə dolan gəmi batmadı. Violet sağ qaldı və limana çıxdı.

Bu qəzadan bir il sonra Violet "Titanic" gəmisində işə başladı. Bu zaman isə tarixin ən böyük gəmi qəzalarından biri baş verdi. Ortadan iki yerə bölünən gəmi iki saata batdı. Violet bu qəzadan da qurtuldu. Ondan başqa qəzadan bir körpə də sağ qalmışdı.

Bu hadisədən dörd il sonra 1-ci dünya müharibəsi dövründə xəstəxanaya çevrilən "Britannic" gəmisində Violet tibb bacısı kimi işə başladı. Amma alman sualtı qayığı gəmini vurdu. Cessop bu qəzadan da qurtuldu.

Dəniz və okean sevdasından vaz keçə bilməyən Violet müharibə başa çatdıqdan sonra da gəmi səfərlərində iştirak edib. O, 60 yaşında təqaüdə çıxıb. 83 yaşında isə ürək problemindən dünyasını dəyişib.

ölkə

  • Əvvəlki

    Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0