USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metronun "Xətai" stansiyasında mərmərlər söküləcək

18.12.2018 İqtisadiyyat
0 0
Sentyabr ayının 27-dən təmirə bağlanan metronun “Xətai” stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, "Xətai" metro stansiyasında təmirin növbəti bir mərhələsi artıq başa çatıb. Stansiyanın əsas bağlanma səbəblərindən biri eskalatorların yenilənməsi idi. Artıq 3 ədəd köhnə eskalator sökülüb və tamamilə stansiyadan çıxarılıb. Növbəti mərhələdə yeni eskalatorların quraşdırılması üçün hazırlıq işləri görüləcək.

B.Məmmədov qeyd edib ki, sökülən 3 eskalatorun əvəzinə 4 yeni eskalator quraşdırılacaq. Məqsəd sərnişinlərin metro stansiyasına giriş və çıxışını rahat və təhlükəsiz şəkildə həyata keçirməkdir.

Qeyd edək ki, "Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddət ərzində vestibülün əsaslı təmiri də aparılır. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

  • Əvvəlki

    “Müəllimlərin maaşı qaldırılmalıdır!” - DEPUTAT

Digər xəbərlər