USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nobel” prospektinin çökmüş hissəsi: 30 metr dərinlikdən görüntülər - VİDEO

03.01.2019 İqtisadiyyat
0 0
Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmənin səbəbi müəyyənləşib.

Araşdırmalar nəticəsində məlum olub ki, yolun altında qrunt suları axır.

REAL yerin 25-30 metr dərinliyindəki su axıntısının görüntülərini əldə edib. Hazırda həmin yerdə "Azərsu" ASC-nin mütəxəssisləri işləyir.

Hazırda "Nobel" prospektinin şəhərin mərkəzinə doğru hissəsində hərəkət zolaqlarından ikisi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da hadisə yerində işləyirlər.

Prospektdə avtomobillərin hərəkətinin tam bərpa olunacağı vaxt hələlik məlum deyil.

İlkin məlumata görə, "Azərsu" ASC-nin əməkdaşları həftənin sonunadək işlərini başa çatdırmalıdırlar. Bundan sonra yolun çökən hissəsinin bərpasına başlanılacaq.

  • Əvvəlki

    Neft kəskin ucuzlaşır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0