USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Jaguar Land Rover” 5 000 işçisi ilə yolları ayırır

10.01.2019 İqtisadiyyat
0 0
“Jaguar Land Rover” satışların düşməsi və "Brexit"ə görə Böyük Britaniyada 5 minə yaxın iş yerini ixtisara salacaq.

"Kommersant.az" xarici KİV-ə istinadən xəbər verir ki, ixtisarlar inzibati aparat və marketinq xidmətinə təsir edəcək. Bütün bunlar isə xərclərin 2,5 milyard funt sterlinq azaldılması planının tərkib hissəsidir.

Qeyd olunur ki, son bir neçə ayda Çindəki satışlar 50% azalıb ki, bu da həmin ölkədəki dillerlər ilə əlaqələrin gərginləşməsinə gətirib çıxarıb.

2017-ci ildə şirkət 1 180 iş yerini ixtisara salıb. Ötən ilin sonlarında isə Kasl Bromviç zavodunda şirkətin 1 000 əməkdaşının iş vaxtı həftədə 3 günə kimi azaldılıb.

  • Əvvəlki

    Azərbaycan Kredit Bürosuna sorğuların sayı 70% artıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0