USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək

15.01.2019 İqtisadiyyat
0 0
Mayın 16-dan başlayaraq Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək.

Bu barədə "Volqoqrad Beynəlxalq Aeroportu" Publik Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Dmitriyev öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, uçuşlar "BUTA Airways" şirkəti tərəfindən həyata keçiriləcək və biletin dəyəri 29 avro olacaq.

Uçuşlar bazar ertəsi və cümə axşamı günləri olacaq.

Xatırladaq ki, bir neçə il əvvəl Bakı-Həştərxan reysləri mövcud olsa da, marşrut rentabelli olmadığı üçün ləğv edilmişdi.