USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülərə ŞAD XƏBƏR: - Bu ərazilərdə dayanmaya icazə veriləcək

20.01.2019 İqtisadiyyat
0 0
Fevralın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.

Paytaxda bəzi küçə və prospektlərdə yol nişanlarında dəyşiklik ediləcək. Xüsusilə də son günlər sürücülərin narazılıq etdiyi dayanma və durma nişanları daha ciddi təhlil edilərək yenilənəcək.

"Kommersant.az" xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumatı 'Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yaxın bir həftə ərzində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilir. Səbəb də həmin sürücülərin anında cərimə edilməsidir.

Bir çox sürücü, xüsusilə də, taksi fəaliyyəti ilə məşğul olanlar bu cərimələrdən narazılıq edirlər. Onlar həmin ərazilərdə sərnişin düşürərkən cərimə olunmalarını düzgün hesab etmirlər. Buna görə də Bakı Nəqliyyat Agentliyi paytaxtın bəzi ərazilərində dayanma və durma nişanlarında dəyşiklik edəcək.

Yəni paytaxt nəqliyyatında sıxlığın az müşahidə edildiyi ərazilərdə dayanma və durma nişanı götürülərək, "durmaq qadağandır" nişanı ilə əvəz olunacaq. Sürücülərə həmin yerlərdə sərnişin düşürüb-mindirmək imkanı veriləcək. Mais Ağayev onu da bildirdi ki, nişanların dəyişdiriləcəyi ərazilər aparılacaq təhlillərdən sonra bəlli olacaq. İşlərin ümumilikdə gələn ayın 1-ə qədər yekunlaşdırılması planlaşdırılır.

  • Əvvəlki

    “Facebook”u rekord məbləğdə cərimə gözləyir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0