USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Uber”in adı dəyişdi, qiyməti bahalaşdı

11.07.2018 İqtisadiyyat
0 0
2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Uber”-in adı dəyişib, qiymətləri bahalaşıb.

"Kommersant" xəbər verir ki, bu barədə məlumatı "Uber"in əməkdaşı portalımıza açıqlamasında deyib. Artıq 1 ilə yaxındır ki, "Uber"də çalışan mötəbər mənbənin sözlərinə görə, şirkətin adı faktiki olaraq "Taksometr" olaraq dəyişdirilib.

Şirkətin əməkdaşı onu da deyir ki, ad dəyişikliyindən sonra taksi xidmətinin qiymətlərində bahalaşma ilə əlaqəli olaraq "Uber"ə bağlı olan bütün taksi sürücülərinə mesajla xəbərdarlıq edilib:

""Uber"ə bağlı çalışan taksi sürücülərinə xəbərdarlıq mesajı göndərilib ki, bu ayın əvvəlindən bütün istiqamətlərə taksi xidməti 30 qəpik bahalaşıb."

Məsələyə aydınlıq gətirmək üçün "Uber" ilə əlaqə yaratmağa çalışdıq. Amma şirkətin rəsmi saytında və digər elan portallarında heç bir əlaqə vasitəsi qeyd olunmadığı üçün məlumatı təsdiqləyə bilmədik.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.

  • Əvvəlki

    6 ayda avtomobillər 1 milyard manatı "yandırıb"

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0