USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Sərəncam imzaladı

17.07.2018 İqtisadiyyat
0 0
Qəbələ üçün 6,8 milyon manat pul ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Kommersant" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 milyon (altı milyon səkkiz yüz min) manat ayırılıb.