USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ödənişli yollarla bağlı - RƏSMİ AÇIQLAMA

19.07.2018 İqtisadiyyat
0 0
Dünya praktikasına əsasən, investor öz maliyyə vəsaiti hesabına pullu yolun tikintisini həyata keçirir.

Azərbaycanda bəzi avtomobil yollarının ödənişli olacağı ilə bağlı təxminən 1 il bundan əvvəl açıqlama verilsə də, hələ ki, dəyişən bir şey yoxdur.

""Ələt-Astara-İran sərhədi ödənişli avtomobil yolu"nun tikintisi təklif edilmişdi. Lakin hələ ki, bununla bağlı qərar qəbul olunmayıb".

"Kommersant" xəbər verir ki, bunu portalımıza açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, qərar qəbul olunarsa, həmin yolun ödənişli olması ilə bağlı texniki işlərə start verilə bilər:

"Hazırda bu, müzakirə mövzusu deyil. Dünya praktikasına əsasən, investor öz maliyyə vəsaiti hesabına pullu yolun tikintisini həyata keçirir, bir müddət istismar edir. Öz gəlirlərini götürdükdən sonra dövlətə təhvil verir. Həmin yolun istismarı dövlət tərəfindən həyata keçirilir".

A.Nəcəfli ödənişli yolun qiyməti məsələsinə də toxunub:

"Ödənişli yolun kilometrinin minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdirilməsi təqribi göstərici idi. Tariflər, beynəlxalq təcrübəyə əsaslanaraq, eyni zamanda yerli şərait də nəzərə alınmaqla Tarif Şurası tərəfindən müəyyənləşəcək. Gəlir əldə olunarsa, yolun saxlanmasına sərf ediləcək. Beləliklə, büdcədən vəsait cəlb etmədən yolun saxlanılması işlərini həyata keçirmək mümkün olacaq. Bu da iqtisadi cəhətdən çox səmərəli təcrübədir".

Qeyd edək ki, "Ələt-Astara-İran sərhədi ödənişli avtomobil yolu" ilə yanaşı digər ödənişli yolların (Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu) da tikilməsi planlaşdırılır. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

  • Əvvəlki

    “Porsche” “Tesla”nı ötməyə çalışır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0