USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Stansiyanın fəaliyyəti iki günlük bərpa ediləcək

17.08.2018 İqtisadiyyat
0 0
Təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət avqust ayının 20-dən tətbiq ediləcək.

"Bakı Metropoliteni"ndən "Kommersant.az"a verilən məlumata görə, "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək. Təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.

Sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı avqust ayının 8-dən, müvəqqəti, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 20-dən tətbiq ediləcək.

  • Əvvəlki

    Startapçılara 29 min manata qədər qrant verilib

Digər xəbərlər