USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

20.08.2018 İqtisadiyyat
0 0
Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a verilən məlumata görə, qurumun Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı on gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

  • Əvvəlki

    Azərbaycana banan idxalı kəskin artıb - MİLYONLAR ÖDƏNİLİB

Digər xəbərlər