USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu prospektdə yollar bağlanacaq

03.09.2018 İqtisadiyyat
0 0
Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

"Kommersant.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

  • Əvvəlki

    "Çimərlik turizminin inkişafı ilə bağlı heç bir iş görülmür" - EKSPERT

Digər xəbərlər