USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstirahət günləri bu yollarda hərəkət dayanacaq - XƏRİTƏ, XƏBƏRDARLIQ

05.10.2018 İqtisadiyyat
0 0
Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Kommersant.az"a daxil olan məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Alternativ yollardan istifadə edilməsi məsləhət görülür.